Paytaxtda mənzildən 49 min manat oğurlanıb

Paytaxtda mənzildən 49 min manat oğurlanıb
# 12 avqust 2017 08:47 (UTC +04:00)

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Məmməd Əziz oğlu Məmmədov polisə ərizə ilə şikayət edərək evindən 49 min manat pul və 10 min manat dəyərində qızıl oğurlandığını bildirib.

Polisə daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR