Bakıda mənzildən 85 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildən 85 yaşlı qadının meyiti tapılıb
# 12 avqust 2017 09:47 (UTC +04:00)

Bakıda meyit tapılıb.

APA-nın məlumatına görə, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayış evində qadın meyitinin aşkar edilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Hadisə yerinə baxış keçirilərkən meyiti tapılan şəxsin elə həmin evin sahibi, 1932-ci il təvəllüdlü Antonina Vladimirovna Bibayeva olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR