Lökbatanda sanatoriyadan oğurluq edən şəxs saxlanılıb

Lökbatanda sanatoriyadan oğurluq edən şəxs saxlanılıb
# 12 avqust 2017 10:43 (UTC +04:00)

Lökbatanda sanatoriyadan oğurluq edən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Əlahiddə Çevik Polis Alayı və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avqustun 11-nə keçən gecə Lökbatan qəsəbəsində yerləşən Uşaq Sanatoriyasının binasından 50 metr elektrik kabelini kəsərək oğurlamağa cəhd göstərmiş qəsəbə sakini Aleksey Krasnikov tutulub.

Ətrafında aparılan tədbirlərlə onun cari ilin mart-iyul ayları ərzində 1 şirkətdən və 6 evdən elektrik kabelləri oğurlaması da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR