Şəkidə Mingəçevir sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb

Şəkidə Mingəçevir sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb
# 12 avqust 2017 10:30 (UTC +04:00)

Şəkidə Mingəçevir sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Qədirovdan 4 kiloqram 105 qram marixuana götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun Aydınbulaq kəndi ərazisindəki meşə zolağında kultivasiya yolu ilə yetişdirdiyi 17 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR