Şirvanda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb

Şirvanda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
# 12 avqust 2017 10:51 (UTC +04:00)

Şirvanda həmyerlisini bıçaqlayan 23 yaşlı gənc şəxs saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gecə Şirvan sakini, 1994-cü il təvəllüdlü Əliyev Qərib Oruc oğlu aralarında baş verən münaqişə zəminində həmyerlisi, 1976-cı il təvəllüdlü Dadaşov Elmar Əlövsət oğlunu bıçaqlayıb.

Sonuncu qarının ön divarının daxilə nüfuz edən kəsilib-deşilmiş yarası və qara ciyərin zədələnməsi diaqnozu ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsində əməliyyat olunub. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən E. Dadaşovun vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR