İranda xlor sızması nəticəsində zəhərlənənlərin sayı 475 nəfərə çatıb - YENİLƏNİB

İranda xlor sızması nəticəsində zəhərlənənlərin sayı 475 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 13 avqust 2017 14:13 (UTC +04:00)

Bu gün İranın Dizful şəhərində xlor sızması nəticəsində zəhərlənənlərin sayı 475 nəfərə çatıb.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, xlor sızması baş verən anbar su təchizatı ilə məşğul olan şirkətə məxsusdur.

Bundan əvvəl Dizful şəhərinin 362 sakininin xlordan zəhərləndiyi, onların əksəriyyətinin ilkin tibbi yardımdan sonra evə buraxıldığı, xəstəxanada 45 nəfərin qaldığı bildirilib.

***

saat 11.21

İranın Dizful şəhərində anbarda xlor sızması baş verib.

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, xlor sızmasından 362 nəfər zəhərlənib.

Həmin şəxslərin nəfəs almasında problemlər, zəhərlənmənin digər əlamətləri müşayiət olunub. Həkimlər zəhərlənən şəxslərə təcili tibbi yardım göstərib. Onların çoxu xəstəxanadan evə buraxılıb.

Hadisənin təfərrüatları açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR