ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cənubi Koreyaya səfər edib

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cənubi Koreyaya səfər edib
# 13 avqust 2017 12:25 (UTC +04:00)

Bu gün ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford Danford Cənubi Koreyaya səfər edib.

APA-nın məlumatına görə, bu barədə “Ryonxap” agentliyi məlumat yayıb.

C. Danfordun olduğu təyyarə Kyonqido əyalətindəki Osan hərbi bazasına enib. C. Danford sabah Cənubi Koreya prezidenti Mun Çje İn, o cümlədən bu ölkənin müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi ilə görüşü planlaşdırılır.

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Cənubi Koreyaya səfəri ABŞ və Şimali Koreya arasında münasibətlərin gərginləşməsi fonunda həyata keçirilir. C. Danfordun səfəri öncədən planlaşdırılsa da, bu səfər zamanı Şimali Koreya ətrafındakı vəziyyət xüsusi diqqət mərkəzində olacaq. C. Danford avqustun 14-də isə Çinə səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR