İspaniyanın Kambrils şəhərində yaralanmış beşinci terrorçu ölüb

İspaniyanın Kambrils şəhərində yaralanmış beşinci terrorçu ölüb
# 18 avqust 2017 04:58 (UTC +04:00)

İspaniyanın Kambrils şəhərində antiterror əməliyyatı zamanı yaralanaraq saxlanılmış beşinci terrorçu ölüb. APa-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kataloniya hüquq-mühafizə orqanlarından bildirilib.

Qeyd edək ki, Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər. Hücum nəticəsində iki nəfər ağır, beş nəfər isə yüngül xəsarət alıb. Yaralananlar arasında polis əməkdaşı var.

Məlumata görə, polisin operativ müdaxiləsi nəticəsində 4 terrorçu məhv edilib, daha biri yaralanmışdı.

Terrorçuların üzərindən partlayıcı qurğular aşkarlanıb. Onlar 120 km aralıda yerləşən Barselonada ötən axşam törədilən terror aktını təkrarlamaq niyyətində olublar.

Qeyd edək ki, ötən gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb, azı 100 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb, daha biri isə atışma zamanı məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR