Ağcabədi sakinlərindən narkotik tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayon sakinləri Füzuli Həsənovdan və əvvəllər məhkum olunmuş Sabit Babayevdən 1 kiloqram 900 qram tiryək götürülüb.