Nazirlik: 810 tələbə kollec, 3350 tələbə ali məktəblərə köçürülmək üçün qeydiyyatdan keçib

Nazirlik: 810 tələbə kollec, 3350 tələbə ali məktəblərə köçürülmək üçün qeydiyyatdan keçib
# 18 avqust 2017 12:38 (UTC +04:00)

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 17-dən transfer.edu.az portalından 810 nəfər tələbə orta ixtisas, 3350 nəfər isə ali təhsil müəssisələrinə köçürülmək üçün elektron portalda qeydiyyatdan keçib.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün tələbələr tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Elektron sənəd qəbulu avqustun 22-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR