Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun meyiti tapılıb - YENİLƏNİB

Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 19 avqust 2017 06:02 (UTC +04:00)

Ötən gün Katex çayında batan şəxsin meyiti tapılıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 1991-ci il təvəllüdlü Ədilxan Nuriyevin meyiti xilasedicilər tərəfindən batdığı yerin yaxınlığında tapılaraq sudan çıxarılıb.

***

19:09

Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb.

APA-nın məlumatına görə, hadisə bu gün Balakən rayonu ərazisində, Katex çayında baş verib.

Zaqatala rayon sakini, 1991-ci il təvəllüdlü Ədilxan Nəzirxan oğlu Nuruyev çayda çimərkən boğulub.

Hazırda onun axtarışları davam etdirilir.

Qeyd edək ki, dünyasını dəyişən Ə. Nuruyev fəaliyyəti dayandırılmış “Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR