Nazir Ramin Quluzadə Tovuzda vətəndaşları qəbul edəcək

Nazir Ramin Quluzadə Tovuzda vətəndaşları qəbul edəcək
# 06 sentyabr 2017 11:16 (UTC +04:00)

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tovuzda bu şəhərin, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, qəbul 8 sentyabr saat 12:30-da təşkil olunacaq.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün aşağıdakı telefonlara zəng etmələri xahiş olunur.

Tovuz rayonunda 02231 53599

Şəmkir rayonunda 02230 53049

Gədəbəy rayonunda 02232 60004

Ağstafa rayonunda 02222 52995

Qazax rayonunda 02229 51221

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR