Vəhşi quşu qanunsuz saxlayan istirahət mərkəzinin sahibi cərimələnib

Vəhşi quşu qanunsuz saxlayan istirahət mərkəzinin sahibi cərimələnib
# 07 sentyabr 2017 13:43 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı şəhəri, Nərimanov rayon sakini Rahib Yusifli tərəfindən Göygöl rayonunda yerləşən “Ağrıdağ” istirahət mərkəzində vəhşi quşun qanunsuz saxlanılması ilə bağlı şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, şikayət nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

“Ağrıdağ” istirahət mərkəzinin ərazisinə keçirilən baxış zamanı qeyri-sərbəst şəraitdə saxlanılan vəhşi sar quşu aşkar edilib.

Araşdırma zamanı həmin quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədin olmadığı məlum olub. Faktla bağlı “Ağrıdağ” istirahət mərkəzinin sahibi Şəmşi İsmayılov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 200 manat məbləğində cərimə edilib.

Vəhşi quş isə təbiətə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR