Hüseyn Bağırov Yardımlıda vətəndaşları qəbul edib

Hüseyn Bağırov Yardımlıda vətəndaşları qəbul edib
# 08 sentyabr 2017 09:20 (UTC +04:00)

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Yardımlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarında yaşayan vətəndaşlarla görüşüb.

APA-nın cənub bürosunun məlumatına görə, Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya və s. məsələlərlə bağlı 40-dan çox vətəndaşın müraciətinə baxılıb.

Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb.

ETSN-nin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR