Cəlilabadda bələdiyyə sədri cərimələnib

Cəlilabadda bələdiyyə sədri cərimələnib
# 12 sentyabr 2017 07:24 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən nəzarət etdikləri inzibati ərazilərdə (Cəlilabad, Masallı, Lənkəran, Lerik, Astara) ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

ETSN-nin mətbuat xidmətindən APA-ya bildirilib ki, reyd zamanı Cəlilabad rayonu Seyidbazar bələdiyyəsi ərazisində məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, daşınmadığı və bununla bağlı verilmiş icrası məcburi olan müddətli “məcburi göstəriş”in tələblərinin yerinə yetirilmədiyi aşkarlanıb.

Faktla bağlı ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Seyidbazar bələdiyyəsinin sədri İnqilab Abdiyev barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 3000 manat məbləğində cərimə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR