Xəqani Abdullayev Mərkəzi Bankı xarici şirkətə dəyişib - EKSKLÜZİV

Xəqani Abdullayev Mərkəzi Bankı xarici şirkətə dəyişib - <span style="color: red;">EKSKLÜZİV
# 12 sentyabr 2017 07:44 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Xəqani Abdullayev vəzifəsindən azad olunmasına münasibət bildirib.

X. Abdullayev "APA-Economics"ə eksklüziv açıqlamasında bildirib ki, vəzifəsindən öz xahişi ilə azad olunub.


Yeni iş yerinə gəlincə, mütəxəssis qeyd edib ki, hazırda tanınmış xarici şirkətlərdən birində məsləhətçi kimi çalışır. X. Abdullayev şirkətin adını açıqlamaq istəməyib.

Qeyd edək ki, prezident İlham Əliyev Xəqani Abdullayevin AMB sədrinin müavini vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR