"Apamark" Hərrac Mərkəzinin loqosunu təqdim edib

"Apamark" Hərrac Mərkəzinin loqosunu təqdim edib
# 13 sentyabr 2017 08:33 (UTC +04:00)

Azərbaycanda marketinq sahəsində öz dəsti xətti ilə seçilən "Apamark" Marketinq və PR şirkəti daha bir sifarişin öhdəsindən layiqincə gəlməyi bacardı. Yaxın zamanlarda fəaliyyətə başlayacaq "Hərrac Mərkəzi" ASC öz loqosunun hazırlanması "Apamark"a həvalə edib.

Sifariş əsasında "Apamark" şirkəti tərəfindən "Hərrac Mərkəzi"nə "Alfabetik" və "İkonik" üslubda 5 fərqli loqo konsepti hazırlanaraq təqdim olunub. Sifarişçinin seçdiyi "Alfabetik" loqo konseptinin hazırlanmasında hər iki söz birləşməsinin baş hərflərindən istifadə olunub. HM hərf birləşməsinin kənarındakı böyük kvadrat məkanı, ikinci kvadrat isə məkanın içərisindəki hərəkətliliyi, dinamikanı əks etdirir.

"Apamark" şirkətinin satış departamentinin rəhbəri Taleh Kərimovun sözlərinə görə, yeni və ya fəaliyyətdə olan şirkətlərin öz işlərini bizə etibar etməsi "Apamark" şirkətinin peşəkarlığına verilən dəyərin göstəricisidir: "İcra etdiyimiz layihələrin həcmindən asılı olmayaq biz hər zaman ortaya keyfiyyətli iş qoymağa çalışmışıq və buna da hər dəfə nail oluruq. Yeni loqo yaxın zamanda fəaliyyətə başlayacaq quruma aid bütün yazılı, elektron sənəd, xəbər və reklam formalı nəşrlərdə əks olunacaq".

Qeyd edək ki, "Apamark" Marketinq və PR şirkəti yaxın zamanlarda "Hərrac Mərkəzi" ASC yeni rəsmi saytının hazırlanması üzrə işlərə start verməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR