Yığmamız Belarusla yoxlama oyunu keçirəcək

Yığmamız Belarusla yoxlama oyunu keçirəcək
# 13 sentyabr 2017 09:14 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Belarusla yoxlama matçı keçirəcək. Apasport.az saytının məlumatına görə, Avropa çempionatına hazırlaşan Faiq Qarayevin yetirmələri rəqiblə Bakıda üz-üzə gələcək.

Belə ki, belaruslular sentyabrın 16-da paytaxtımıza gələcəklər. Komandalar arasında 2 matçın oynanılması planlaşdırılır. Bu qarşılaşmalardan sonra rəqib Tiflisə yollanacaq və Avro-2017-in qrup mərhələsində çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi Avro-2017 sentyabrın 22-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR