"JPMorgan": "Bitcoin" narkotacirlər və qatillər üçün əlverişlidir

"JPMorgan": "Bitcoin" narkotacirlər və qatillər üçün əlverişlidir
# 13 sentyabr 2017 09:16 (UTC +04:00)

"JPMorgan Chase" investisiya bankı "bitcoin" ilə ticarət edən treyderləri işdən qovacaq. "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu bankın rəhbəri Ceyms Daymon bəyan edib.

"Bu cür treyderlər 1 saniyə ərzində işdən azad olunacaq. Bunun iki səbəbi var: birincisi, bu, bizim qaydalarımıza ziddir, ikincisi, onlar (treyderlər - red.) ağılsızdır", - deyə C. Daymon bildirib.

Bank rəhbəri "bitcoin"i "yalan" adlandırıb. Onun sözlərinə görə, "bitcoin" ətrafında yaranmış ajiotaj XVII əsrdəki "zanbaq maniyası"ndan (o zaman möhtəkirlər ucbatından zanbağın soğanağı kəskin bahalaşıb - red.) da pisdir.

"Bu kriptovalyuta ətrafında yaranmış vəziyyətin sonu yaxşı olmayacaq. "Bitcoin" narkotacirlər və qatillər üçün əlverişlidir", - deyə o bildirib.

Son 24 saat ərzində "bitcoin"in məzənnəsi 6,68% zəifləyərək 4019,19 dollar səviyyəsinə enib. "Bitcoin" bazarının kapitallaşması 66,5 mlrd. dollardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR