Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzv seçilib

Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzv seçilib
# 13 sentyabr 2017 09:56 (UTC +04:00)

Azərbaycan Ümumdünya Turizm Təşkilatının (UNWTO) İcraiyyə Şurasının üzvü seçilib.

"APA-Economics" xəbər verir ki, Azərbaycan ali rəhbər orqanda 2017-2021-ci illər ərzində təmsil olunacaq.


Seçkilər Çinin Çendu şəhərində keçirilən UNWTO-nun Baş Assambleyasının XXII sessiyası çərçivəsində keçirilib.


Azərbaycanla yanaşı Şuraya Rusiya, Litva, Rumıniya və Yunanıstan da daxil olub.


UNWTO BMT tərəfindən təsis olunan və 156 ölkəni özündə birləşdirən ixtisaslaşmış təşkilatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR