Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən iş adamı Heybət Azayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, H. Azayev 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, taxta-şalban ticarəti ilə məşğul olan H. Azayev iş qurmaq adı ilə tanışlarından təxminən 50 min manat məbləğində pul alıb, lakin geri qaytarmayıb.