Türkiyə səfiri Azərbaycanda Nuru Paşanın abidəsinin ucaldılmasına dair təkliflərə münasibət bildirib

Türkiyə səfiri Azərbaycanda Nuru Paşanın abidəsinin ucaldılmasına dair təkliflərə münasibət bildirib
# 13 sentyabr 2017 10:30 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral gələn il Qafqaz Ordusunun Bakını azad etməsinin 100 illiyi ilə əlaqədar Nuru Paşanın abidəsinin ucaldılması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

APA-nın xəbərinə görə, səfir deyib ki, Bakıda belə bir abidənin ucaldılmasını hər bir türk istəyir. E. Özoral ümid etdiyini deyib ki, Bakının azad olunmasının 100 illik yubileyi ərəfəsində bu, həyata keçər: “15 sentyabr tarixi ilə bağlı keçirilən tədbirlərdə Azərbaycandakı qardaşlarımız bu təklifi irəli sürürlər. Bu da bizi məmnun edir. İnanırıq ki, Bakının erməni və bolşeviklərdən azad edilməsinin yubileyi gələn il lazımi səviyyədə qeyd olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR