Müğənni Aygün Bəylərin qətldə təqsirləndirilən qardaşının cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

Müğənni Aygün Bəylərin qətldə təqsirləndirilən qardaşının cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb
# 13 sentyabr 2017 14:50 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrlik etdiyi prosesdə vəkillər vəsatət qaldıraraq, təqsirləndirilən şəxslərin istintaqda dindirilərkən lentə alınmış video görüntülərin məhkəməyə təqdim edilərək, araşdırılması ilə bağlı vəsatət qaldırıblar.

Hakim bildirib ki, istintaq orqanı yalnız etiraf edici ifadələri görüntüyə alıb. Yəni, burada ifadələr yerində yoxlanılarkən videoçəkiliş aparılıb. Bu, isə dindirilmə protokoluna əlavə edilməyib.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Sonra Fuad Məmmədzadənin vəkili çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsin səhhəti ilə bağlı psixatrik ekspertizanın keçirilməsi haqqında vəsatət qaldırıb. Vəkil onun cinayəti törədərkən anlaqlı vəziyyətdə olmadığını iddia edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

İclas sentyabrın 18-dək təxirə salınıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin 2016-cı il avqustun 29-da yaydığı məlumatda bildirilir ki, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümbətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilərək basdırılması müəyyənləşdirilib. E.Hümbətovun meyiti eksqumasiya edilib. İstintaq orqanı tərəfindən Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil Əsirov və qardaşı Elnurun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi açılıb.

Cinayət hadisəsini törətməkdə təqsirləndirilən şəxslərdən Abbas Hümbətov müğənni Aygün Bəylərin qardaşı, qətlə yetirilən Elnur Hümbətov isə əmisi nəvəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR