Şəmkirdə avtomobillə vurulan piyada xəstəxanada ölüb - YENİLƏNİB

Şəmkirdə avtomobillə vurulan piyada xəstəxanada ölüb - <span style="color: red;">YENİLƏNİB
# 13 sentyabr 2017 23:32 (UTC +04:00)

Şəmkirdə “Mercedes” markalı avtomobillə vurulan piyada ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən axşam avtomobillə vurularaq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilən 1998-ci il təvəllüdlü Seyfəli kənd sakini Musayev Çingiz Gündüz oğlu həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Qeyd edək ki, hadisə Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

***

21:32

Şəmkirdə avtomobil piyadanı vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil təxminən 20-25 yaşında olan Mübariz Məmmədov adlı şəxsi vurub.

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR