ABŞ-da təlim zamanı 15 hərbçi yaralanıb

ABŞ-da təlim zamanı 15 hərbçi yaralanıb
# 14 sentyabr 2017 00:13 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatında təlim zamanı ABŞ dəniz piyadaları korpusunun 15 əsgəri xəsarət alıb.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə San-Dieqo şəhəri yaxınlığında yerləşən “Kemp-Pendlton” hərbi bazasında qeydə alınıb.

İlkin məlumata əsasən, insidentə suda və quruda hərəkət edən amfibiya tankının yanması səbəb olub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri barədə məlumat verilmir. İnsidentlə əlaqədar araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR