Kürdəmirdə mikroavtobus yük maşınına çırpılıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Kürdəmirdə mikroavtobus yük maşınına çırpılıb, ölən və xəsarət alanlar var - <span style="color: red;">YENİLƏNİB
# 15 sentyabr 2017 09:44 (UTC +04:00)

Kürdəmirdə mikroavtobus yük maşınına çırpılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 14-də Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində Laçın rayon sakini Bünyad Əliyev idarə etdiyi “Mercedes” markalı mikroavtobusu qarşıda gedən Tərtər rayon sakini Mobil Abbasovun idarə etdiyi Kamaz markalı avtomobilin qoşqusuna vurub.

Nəticədə B. Əliyevin sərnişini, Gəncə şəhər sakini Amaliya Mansurova hadisə yerində ölüb, özü və digər 8 sərnişini isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

***

14 sentyabr, saat 08.00

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində “Mercedes“ markalı mikroavtobus ilə “KamAZ” markalı yük avtomobilinin toqquşub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq “Mercedes“ markalı mikroavtobusda sıxılmış vəziyyətdə qalmış sərnişinin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR