Venesuela nefti avro ilə satmağa başlayıb

Venesuela nefti avro ilə satmağa başlayıb
# 14 sentyabr 2017 08:44 (UTC +04:00)

Venesuela hökuməti ABŞ sanksiyalarının ölkə iqtisadiyyatına təsirini məhdudlaşdırmaq üçün neft tədarükçülərinə hesablaşmaları dollarla aparmamaqla bağlı təlimat verib.

"APA-Economics" xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri yazır.

Venesuela nefti ilə işləyən treyderlər ödənişləri avroya ilə həyata keçirir. Venesuelanın dövlət şirkət olan "PdVSA" müştərək müəssisələrdəki tərəfdaşlarından Avrozonanın vahid valyutasında hesab açılmasını xahiş edib.

"PdVSA" və Energetika Nazirliyi bununla bağlı rəsmi açıqlama vermirlər.


Xatırladaq ki, avqustda ABŞ hökuməti Venesuela və onun neft şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib. Belə ki, ABŞ rəsmi Karakas və ölkənin neft şirkətlərinin buraxdığı yeni istiqrazlarla əməliyyatlara qadağa qoyub. Bundan başqa, Venesuelanın dövlət şirkətləri tərəfindən yerləşdirilmiş bir sıra mövcud bondlarla əməliyyatlara da məhdudiyyətlərin tətbiqinə başlanılır. Həmçinin, ölkə hökumətinin sahib olduğu qiymətli kağızlara dividendlərin verilməsi qadağa olunur.

Qeyd edək ki, ABŞ Venesuela neftinin əsas alıcılarından biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR