Gəncədə evlərdən və avtomobillərdən silsilə oğurluqlar edən şəxs tutulub

Gəncədə evlərdən və avtomobillərdən silsilə oğurluqlar edən şəxs tutulub
# 14 sentyabr 2017 10:14 (UTC +04:00)

Gəncədə evlərdən və avtomobillərdən silsilə oğurluqlar edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşları tərəfindən avqustun 10-da Gəncə şəhər sakini Orxan Sadıqovun “QAZel” markalı avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Əli İbrahimov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun iyun ayından indiyədək Gəncə şəhəri ərazisində 11 evdən və 6 avtomobildən pul, mobil telefon, akkumulyator, inşaat materialları və məişət əşyaları oğurlaması da müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR