Anakliya və Ələtdə yerləşən Yeni Bakı limanları sıx əməkdaşlıq qurmaq niyyətindədir - MÜSAHİBƏ

Anakliya və Ələtdə yerləşən Yeni Bakı limanları sıx əməkdaşlıq qurmaq niyyətindədir - <span style="color: red;">MÜSAHİBƏ
# 14 sentyabr 2017 11:20 (UTC +04:00)

Anakliya İnkişaf Konsorsiumunun baş icraçı direktoru Levan Akvledianinin "APA-Economics"ə müsahibəsi:

- Cənab Akvlediani, bildiyimiz kimi, Anakliya limanını işlədən konsorsium dərin dəniz limanının tikintisi ilə məşğuldur. Bu, Gürcüstanda ilk dərin liman olacaq. Qara Dənizin Gürcüstan hövzəsində dərin dəniz limanının tikintisinin əhəmiyyəti nədən ibarətdir?

- Ümumiyyətlə, Gürcüstan nəqliyyat infrastrukturunu bərpa etmək, o cümlədən ölkənin tranzit funksiyasının rəqabətliliyini artırmaq niyyətindədir. Çünki, müasir nəqliyyat infrastrukturu olmadan buna nail olmaq mümkün deyil. Buna görə də Gürcüstan hökuməti nəqliyyat infrastrukturuna bu günə qədər yatırmadığı qədər investisiya yönəltmək niyyətindədir. Bu dəyər zəncirindəki ən mühüm elementlərdən biri də yeni limanların yaradılmasıdır. Bildiyiniz kimi, Gürcüstanın mövcud limanlarının yük qəbuletmə gücü və səmərəliliyi məhdud səviyyədədir. Çünki, bu limanlar müasir logistika tələblərinə cavab vermir. Buna görə də müasir dərin dəniz limanı yuxarıda sadaladığımız tələblər baxımından olduqca mühümdür. Kommersiya baxımından limanın böyük gəmiləri qəbul etməsi miqyaslı iqtisadiyyatın yaranmasına öz töhfəsini verəcək. Bu da öz növbəsində xərclərə qənaət etməyə imkan verir. Hesablamalarımıza görə, limana birbaşa daxil olan gəmilərlə hər TEU-da 160 dollara qədər qənaət edə biləcəyik ki, bu da Gürcüstana şərqdən daxil olan mövcud yük xərclərinin təxminən 30%-i deməkdir. Anakliya limanı hesabına əldə olunacaq bu qənaət, bütün il boyu əməliyyatların aparılması və digər üstünlüklər Gürcüstan iqtisadiyyatına töhfə verməklə yanaşı, ümumilikdə Mərkəzi Tranzit Dəhlizinin rəqabətliliyinin artırılmasında mühüm rol oynayacaq.

- Dərin dəniz limanı regionda yük daşımalarının konteynerləşdirilməsini sürətləndirə bilərmi? Yükdaşımaların sürətləndirilməsinin əhəmiyyəti nədir?

- Konteynerləşdirmə dünya üzrə ümumi bir tendensiyadır. Dünyada konteynerlər vasitəsilə daşınan yüklərin sayı getdikcə artır. Düşünürük ki, müasir konteyner terminalı regionumuzda da konteynerləşdirmə prosesini sürətləndirəcək. Bu proses qaçılmazdır, çünki kommersiya baxımından konteynerlər vasitəsilə yüklərin daşınma prosesi həm daha əlverişli, həm də daha sürətli həyata keçiriləcək.

- Limanla yanaşı, konsorsium Anakliyada Azad İqtisadi Zonanın (AİZ) yaradılması ilə məşğuldur. Bu AİZ Gürcüstandakı digər AİZ-lərdən nə ilə fərqlənir? Bundan başqa, Anakliya AİZ üçün yükdaşıma baxımından potensial bazar hara hesab olunur?

- Anakliyanın xüsusi statusu Konstitusiyada əks olunub ki, bu da burada xüsusi tənzimləyici mühit və vergi sisteminin mövcudluğuna icazə verir. Anakliya FEZ qanunvericilik və normativlərdən irəli gələn investisiyaların asanlıqla həyata keçirilməsinə imkan verəcək. Bu da nəticə etibarilə Anakliyada iqtisadi buma gətirib çıxaracaq.

Gürcüstan “Doing Business” reytinqlərində, o cümlədən aşağı vergi dərəcələrinə görə ön sıralarda olduğuna görə, bu, investorları Anakliyada öz bizneslərini inkişaf etdirməyə həvəsləndirir. Anakliya Limanı ilə birləşən FEZ də bu kimi daha çox imkanlar təqdim edəcək. Burada idxal-ixrac əməliyyatları, ƏDV, mənfəət, əmlak və dividendlər vergidən azad olacaq. Anakliya FEZ-i həm xarici, həm də yerli investorların diqqətini cəlb edəcək, liman ətrafında sənaye klasteri yaradacaq, yeni sənaye sahələri cəlb edərək iqtisadi inteqrasiyanın artmasına və yeni iş yerlərinin yaranmasına səbəb olacaq.

Limanla sənaye klasterlərinin birləşməsi regiona birbaşa xarici investisiyaların cəlbinə və Limanın regionda nüfuz əldə etməsinə gətirib çıxaracaq. Klasterlər artıq püxtələşmiş olduğuna görə, eyni sənaye sahələri bu əraziyə yaxın yerləşərək bu zonan sənaye habı əsasında limana çevirəcəklər. Bu da, eyni zamanda, yeni iş imkanlarının və yerli bacarıqların artmasına səbəb olacaq. Ümumilikdə FEZ logistika, yüngül sənaye, xidmət, turizm və digər sənaye sahələrinin inkişafına xidmət edəcək. Təlim və insan resurslarının inkişafına yönələn zona regional işçi qüvvəsinin inkişafına da töhfə verəcək.

- Regionun ekspertləri Çinin “Bir kəmər - bir yol” təşəbbüsünə daha çox inanır. Sizin bu təşəbbüsün həyata keçirilməsi ilə bağlı gözləntiləriniz necədir? Ümumiyyətlə, regiona ümumi yük daşımalarının neçə faizini cəlb etməyi düşünürsünüz?

- İnanırıq ki, yüksək dəyərli mallar üçün İpək Yolu dəniz marşrutu ilə müqayisədə daha cəlbedici alternativ təklif edir. Dəhliz vasitəsilə hansı həcmdə yükün daşınacağını proqnozlaşdırmaq çox çətindir. Buna baxmayaraq, əgər Çin və Avropa arasında ticarətin 1%-i bu marşrutdan keçərsə, bu təxminən 400 min TEU-ya bərabər olacaq.

- Yeni Bakı Limanı və onun ətrafında yaradılan Azad Ticarət Zonası ilə hər hansı əməkdaşlıq planları varmı?

- Əlbəttə, biz Ələtdə yerləşən Yeni Bakı Limanı ilə daha sıx əməkdaşlıq quraraq müxtəlif müştərilərimizə effektiv xidmət göstərmək istəyirik. Əsas məqsəd regionda ticarətin inkişafı və bizim birgə Mərkəzi Ticarət Dəhlizimizə mümkün olduqca daha çox müştəri cəlb etməkdir. Əsas məsələ odur ki, dəhliz boyu darboğazda gözləyənlərin tələbələrinə cavab verək və bu dəhlizi mümkün qədər daha rəqabətqabiliyyətli səviyyəyə çatdıraq. Azad Ticarət Zonası ilə bağlı danışıqlar apardığımız üçün eyni zamanda iki region arasında potensial sinerjilərə baxış apardığımız üçün çox şadıq.

- Məlumdur ki, Azərbaycanın neft və qaz ehtiyatları dünya bazarına Batumi və Supsa Limanları vasitəsilə çıxarılır. Bu ehtiyatların Anakliya limanı vasitəsilə dünyaya çatdırılması nə kimi üstünlüklər təqdim edə bilər?

- Anakliya limanının əldə edəcəyi ən böyük üstünlük dərin yüklü gəmilərin limana yan ala bilməsi olacaq. Biz inanırıq ki, böyük yük gəmiləri, o cümlədən həyata keçirilən effektiv əməliyyatlar miqyaslı iqtisadiyyat yaradaraq sahibkarların və ticarətçilərin xərclərinə qənaət etməyə imkan verəcək. Buna baxmayaraq, biz ilk mərhələdə konteynerlərə və quru yük daşmalarına fokuslanacağıq. Anakliya limanı vasitəsilə maye yüklərin daşınması və bu istiqamətdə terminalların inkişafına olan marağı görmək bizi sevindirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR