Məhkəmə narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxsə bəraət verib

Məhkəmə narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxsə bəraət verib
# 14 sentyabr 2017 11:23 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Yaşar Mövsümovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Y. Mövsumova bəraət verilib. O, məhkəmə zalında azadlığa buraxılıb.

Məhkəmə onun əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib.

Qeyd edək ki, bu ilin fevralında Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Yaşar Mövsümov həbs edilib. Ondan 3 kiloqram 345 qram marixuana tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR