Biləsuvarda qəzada ölənlərin sayı 5 nəfər çatıb- YENİLƏNİB-2

Biləsuvarda qəzada ölənlərin sayı 5 nəfər çatıb- <span style="color: red;">YENİLƏNİB-2
# 20 sentyabr 2017 08:15 (UTC +04:00)

Biləsuvarda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxs xəstəxanada ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bununla qəzada ölənlərin sayı 5 nəfərə çatıb. Hadisə nəticəsində ölənlər Lənkəranın Gərmətük kənd sakinləri - Samir Əzizulla oğlu Qasımov və Çingiz Xudaverdi oğlu Nağıyev, Kosalar kənd sakinləri - Əhmədov Mahir Bəşir oğlu, qohumu İlhamə Kazımova və onun anası Pəri Əhmədovadır.

***

09.30

Biləsuvarda baş verən ağır qəzada ölənlərdən iki nəfərin adı məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, onlar Lənkəran sakinləri - Samir Əzizulla oğlu Qasımov və Çingiz Xudaverdi oğlu Nağıyevdir. Ölən digər iki nəfərin və xəsarət alan şəxsin kimliyi dəqiqləşdirilir.

***

08.13

Biləsuvarda baş verən ağır yol qəzası nəticəsində 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili və "KamAZ" markalı yük maşınının toqquşması nəticəsində 4 nəfərin öldüyü və bir nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ötmə manevri edərkən əks hərəkət zolağına çıxıb, lakin idarəetməni itirərək yol kənarında duran "KamAZ" markalı yük maşınına çırpılıb.

Hadisə yerinə Biləsuvar və Salyan rayonlarının təcili tibbi yardım stansiyasının əməkdaşları çağırılıb. Ölən şəxslərin Lənkəran sakinləri olduğu bildirilir.

Ölən və xəsarət alan şəxslərin kimliyi və qəzanın digər təfərrüatları müəyyənləşdirilir.

***** 07.53

Biləsuvarda ağır qəza baş verib, ölən və yaralananlar var.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Toqquşma nəticəsində bir nəfərin öldüyü və xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə Biləsuvar və Salyan rayonlarının təcili tibbi yardım stansiyasının əməkdaşları çağırılıb.

Hadisənin təfərrüatları müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR