“Əli və Nino” filmi Dubayda nümayiş etdirilib

“Əli və Nino” filmi Dubayda nümayiş etdirilib
# 20 sentyabr 2017 09:11 (UTC +04:00)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi Dubayda təqdim olunub.

Azərbaycan Respublikasının Dubay şəhərindəki Baş Konsulluğundan APA-ya veruilən məlumata görə, Dubay Əmirliyinin möhtəşəm “Emirates Mall” mərkəzində nümayiş olunan "Əli və Nino" filmi tamaşaçıların böyük marağına səbəb olub. Bu kimi əsərlər Azərbaycanın hələ qədimdən, tolerantlıq və multikulturalizm diyarı olduğunun bariz nümunəsidir.

Azərbaycanın Dubay və şimal əmirliklərindəki baş konsulu Pərviz İsmayılzadə və Baş Konsulluğun əməkdaşları, Azərbaycanın Dubaydakı müxtəlif qurumlarının təmsilçiləri və icma nümayəndələri də filmi izləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR