Dələduzluqda təqsirləndiriləm məktəb direktoru məhkəmə zalında həbs olunub

Dələduzluqda təqsirləndiriləm məktəb direktoru məhkəmə zalında həbs olunub
# 21 sentyabr 2017 09:15 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ağamusa Salahovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, A. Salahov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan A. Salahov məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, A. Salahov Laçın rayonunun məktəblərindən birinin direktoru olub. O, attestat düzəltmək adı ilə dələduzluq etməkdə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR