"Azəriqaz" bu il abonentlərə 6,2 mln. manatlıq "qüsur aktı" tərtib edib

"Azəriqaz" bu il abonentlərə 6,2 mln. manatlıq "qüsur aktı" tərtib edib
# 21 sentyabr 2017 09:26 (UTC +04:00)

"SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirləri davam etdirir".

"APA-Economics" xəbər verir ki, bu barədə "Azəriqaz"ın baş direktoru Əkbər Hacıyevin "İki sahil" qəzetinin xüsusi buraxılışında yer alan məqaləsində deyilir.

"Bunun nəticəsidir ki, cari ilin yanvar-iyul ayları ərzində "Azəriqaz" İB üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 12 749 əhali, 307 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq "qüsur aktı" tərtib olunub. Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 6 mln. 163 min 944 manat dəyərində dəymiş ziyan hesablanıb", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR