Azərbaycandilli məktəblər üçün dərs vəsaitləri Gürcüstanın Təhsil Nazirliyinə təqdim olunub

Azərbaycandilli məktəblər üçün dərs vəsaitləri Gürcüstanın Təhsil Nazirliyinə təqdim olunub
# 21 sentyabr 2017 13:47 (UTC +04:00)

Azərbaycanın Gürcüstandakı səfirliyi Təhsil Nazirliyinin Gürcüstanın azərbaycandilli məktəbləri üçün göndərdiyi dərs vəsaitlərini Gürcüstanın Təhsil və Elm Nazirliyinə təqdim edib.


APA-nın yerli bürosunun məlumatına əsasən, 2017-2018-ci tədris ili üzrə Gürcüstanın azərbaycandilli məktəbləri üçün 11 adda 11 500 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi, habelə müəllimlər üçün metodik vəsait göndərilib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov dərsliklərin mümkün qədər tez Azərbaycan məktəblərinə çatdırılacağına ümidvar olduğunu bildirib.

Gürcüstanım Təhsil və Elm Nazirliyinin dərsliklər üzrə şöbəsinin müdiri Nana Kilasoniya isə deyib ki, gələn həftədən etibarən dərsliklər azərbaycandilli məktəblərə paylanılacaq.


Qeyd edək ki, son 4 ildə Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli məktəbləri üçün ümumi sayı 73 805 ədəd olan “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi və müəllimlər üçün metodik vəsaitlər təqdim edib.


Hazırda Gürcüstanda tədrisi Azərbaycan dilində olan 124 məktəb var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR