Təcridxanada intihara cəhd edən şəxs 10 il azadlıqdan məhrum edilib

Təcridxanada intihara cəhd edən şəxs 10 il azadlıqdan məhrum edilib
# 21 sentyabr 2017 14:44 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə təqsirləndirilən Əli Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə. Qəmbərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə. Qəmbərov Bakı sakinlərinin etibarından sui-istifadə edərək, avtomobil satmaq adı ilə zərərçəkmişlərə ümumilikdə 86 min manat məbləğində ziyan vurub.

O, bir müddət əvvəl saxlandığı Bakı İstintaq Təcridxanasında intihara cəhd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR