Pakistan HHQ-nin nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub

Pakistan HHQ-nin nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub
# 21 sentyabr 2017 16:27 (UTC +04:00)

Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanı, aviasiya marşalı Sohail Amanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Hərbi Akademiyanın rəhbərliyi ilə keçirilən görüş zamanı ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.

S. Aman “Assimetrik hərbi əməliyyatlar zamanı HHQ-nin tətbiqi” mövzusunda akademiya dinləyiciləri qarşısında mühazirə ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR