Gürcüstanın baş naziri BMT-də çıxışı zamanı Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyətindən danışıb

Gürcüstanın baş naziri BMT-də çıxışı zamanı Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyətindən danışıb
# 22 sentyabr 2017 09:18 (UTC +04:00)

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətindən danışıb.


APA-nın Gürcüstan bürosu xəbər verir ki, baş nazir ölkəsinin Avropa və Asiya bazarlarını bir-birinə yaxınlaşdıracaq "Bir kəmər - bir yol" layihəsinin iştirakçısı olduğunu deyib: "Biz Azərbaycan və Türkiyə kimi tərəfdaşlarımızla birgə Avropa və Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini həyata keçiririk".


Onun sözlərinə görə, Gürcüstan regionda Çinlə azad ticarət haqqında saziş imzalamış ilk ölkədir: "Avropa bazarlarına inteqrasiya etməklə yanaşı, bizim Asiya bazarlarına da çıxışımız var. Bu da öz növbəsində Gürcüstana azad ticarət şəbəkələrindən tam istifadəyə imkan verir".


G. Kvirikaşvili həmçinin qeyd edib ki, Anakliya limanı Gürcüstanın tranzit imkanlarını artıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR