Nazir müavini: "Aİ ilə enerji sahəsində əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"

Nazir müavini: "Aİ ilə enerji sahəsində əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"
# 22 sentyabr 2017 09:20 (UTC +04:00)

"Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır".

APA-nın məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Xələf Xələfov "Avronest" Parlament Assambleyasının (PA) Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsinin iştirakı ilə "Dayanıqlı inkişaf məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərinin cəlb edilməsi" mövzusunda Milli Məclisdə keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan və Aİ bir çox sahədə ümumi maraq kəsb edən və qarşılıqlı faydalara əsasən əməkdaşlıq edir: “Hazırda əməkdaşlığa dair aparılan intensiv danışıqların yekunlaşması hər iki tərəfin maraqlarına xidmət edən yeni siyasi hüquqi çərçivəsinin yaranmasına xidmət edəcək. Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Eyni zamanda Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində görülən işlər və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol enerji sahəsində əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatdığını göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR