Hadı Rəcəbli: “Azərbaycan gender bərabərliyi baxımından nümunəvi ölkədir”

Hadı Rəcəbli: “Azərbaycan gender bərabərliyi baxımından nümunəvi ölkədir”
# 22 sentyabr 2017 13:25 (UTC +04:00)

“Azərbaycanda büdcənin 28 faizi sosial sahəyə ayrılıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Avronest PA çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda Bakıda keçirilən konfransda bildirib.

O qeyd edib ki, Azərbaycan gender bərabərliyinə nümunə olacaq ölkədir: “Son 22 ildə qadınların hüquqları ilə bağlı 72 qanun qəbul olunub. 87 konvensiyaya qoşulmuşuq. 170 qanuna əlavə və dəyişiklik edilib. Bununla bağlı başda BMT olmaqla, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığımız var”.

H. Rəcəbli deyib ki, dayanıqlı inkişaf müharibələrdən, etnik münaqişələrdən qaçmaq deməkdir: “Buna görə, Azərbaycan dünyada örnək ölkədir. Hər kəs bundan örnək götürməlidir, nəinki ittiham etmək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR