Balakəndə narkotik bitkiləri becərən 4 nəfər tutulub, onlardan üçü qardaşdır

Balakəndə narkotik bitkiləri becərən 4 nəfər tutulub, onlardan üçü qardaşdır
# 12 oktyabr 2017 08:54 (UTC +04:00)

Balakəndə narkotik tərkibli bitkiləri əkib-becərən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkiləri əkilib-becərilməsi və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib. RPŞ-yə daxil olmuş məlumat əsasında rayonun Gərəkli kənd sakinləri olan Məhəmməd Nəsruddin oğlu Abdullayevin, onun qardaşları Mühüddin və Elçinin, kənd sakini Oqtay İsa oğlu Dibirovun yaşadığı evlərdə əməliyyat-axtarış tədbirləri aparılıb. Tədbir zamanı onların yaşadığı evlərin çardaq və digər saxlanc yerlərindən ümumi çəkisi 1 kq 115 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Aparılan ilkin istintaq zamanı məlum olub ki, saxlanılan şəxslər Gərəkli kəndinin inzibati ərazisinin yaxınlığında, yüksək dağlıq ərazidə kultivasiya üsulu ilə 45 ədəd çətənə bitkisi əkiblər və evlərindən aşkarlanan marixuananı da özləri əkib-becəriblər.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR