Bakı Ali Neft Məktəbinin 5 tələbəsi təhsilini Yunanıstanda davam etdirəcək

Bakı Ali Neft Məktəbinin 5 tələbəsi təhsilini Yunanıstanda davam etdirəcək
# 12 oktyabr 2017 09:06 (UTC +04:00)

Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan 5 tələbə təhsillərini Yunanıstanda davam etdirəcək.

BANM-dən APA-ya bildirilib ki, “Erasmus+” tələbə mübadiləsi proqramları çərçivəsində sözü gedən ixtisasın AM-14.1 qrup tələbələri arasında keçirilmiş müsahibə, tələbələrin ümumi orta müvəffəqiyyət göstəricisi və müstəqil şəkildə əlavə tədris materiallarını mənimsəmə qabiliyyəti göstəricilərinə görə, 5 tələbə - Şükürlü Mədinə, Hacıbalayeva Gülşən, İbrahimov Eltun, Qarazadə Rəmziyyə və Baxşılı Əmiraslan Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində 2017/2018-ci tədris ilinin payız semestrində təhsil almaq şansı əldə edib.

Bu tələbələrin həm təhsillərinin, həm də öz dünyagörüşlərinin daha da təkmilləşməsinə, o cümlədən Azərbaycanla Yunanıstan arasında mövcud əməkdaşlığın elm və təhsil sahəsində daha da möhkəmlənməsinə xidmət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR