Bu il Azərbaycanda əsas kapitala 11 mlrd. manat yönəldilib

Bu il Azərbaycanda əsas kapitala 11 mlrd. manat yönəldilib
# 12 oktyabr 2017 09:21 (UTC +04:00)

2017-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 11 mlrd. 90,8 mln. manat vəsaitin 4,623 mlrd. manatı və ya 41,7%-i qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% artıb.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ümumi sərmayənin 73,1%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 77,7%-i məhsul istehsalı obyektlərinin, 16%-i xidmət sahələri üzrə obyektlərin, 6,3%-i isə ümumi sahəsi 1,263 mln. kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 40,5%-ini təşkil edib.


Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 67,5%, bank kreditləri 12,2%, büdcə vəsaitləri 12,7%, əhalinin şəxsi vəsaitləri 5,5%, büdcədənkənar fondların vəsaitləri 1,4%, sair vəsaitlər isə 0,7% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR