"Gilan Holding" karyera sərgisində uğurla iştirak edib

"Gilan Holding" karyera sərgisində uğurla iştirak edib
# 12 oktyabr 2017 10:52 (UTC +04:00)

"Gilan Holding" XI Azərbaycan Beynəlxalq Karyera Sərgisində uğurla iştirak edib.

Holdinqdən "APA-Economics"ə verilən məlumata görə, üç gün davam edən sərgidə holdinqin stendini çoxsaylı işaxtaranlar, tələbələr, şəhər sakinləri ziyarət edib, mövcud olan vakansiyalarla maraqlanıblar. "Gilan Holding"in əməkdaşları onların suallarına cavab verib, bəzilərini müsahibəyə dəvət ediblər.


"Gilan Holding" sərginin təşkilatçıları tərəfindən fəal iştiraka və ən yaxşı performansa görə sertifikatlarla təltif edilib.

Qeyd edək ki, keçən il də "Gilan Holding" sərgidə uğurla iştirak edib və çoxlu sayda istedadlı namizədləri öz təcrübə proqramına cəlb etməyə nail olub. Nəticədə onlar zəngin təcrübə əldə edib və peşəkar biznes mühitində yeni əlaqələr qurublar. Onlardan bəziləri isə karyera pillələrini uğurla addımlamağa davam edərək, şirkətin dəyərli əməkdaşları sıralarına daxil olmağı bacarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR