Azərbaycan qaz hasilatını 5%-dən çox azaldıb

Azərbaycan qaz hasilatını 5%-dən çox azaldıb
# 12 oktyabr 2017 14:47 (UTC +04:00)

2017-ci ilin yanvar-sentyabr ayları ərzində SOCAR tərəfindən 4 mlrd. 457,8 mln. kubmetr qaz hasil edilib.


"APA-Economics" SOCAR-ın açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5,3% azdır.


Ötən ay SOCAR tərəfindən 498,7 mln. kubmetr qaz hasil olunub.


Ümumilikdə, 2017-ci ilin ilk 9 ayı ərzində Azərbaycanda 21 mlrd. 118,1 mln. kubmetr qaz hasil edilib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 5,3% azalmadan xəbər verir. Ötən ay Azərbaycan üzrə qaz hasilatı 2,414 mlrd. kubmetr təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR