Hikmət Hacıyev:"Açıq anti-Azərbaycan siyasəti yürüdən bəlli qruplar çirkin niyyətlərinə heç zaman nail ola bilməyəcəklər"

Hikmət Hacıyev:"Açıq anti-Azərbaycan siyasəti yürüdən bəlli qruplar çirkin niyyətlərinə heç zaman nail ola bilməyəcəklər"
# 12 oktyabr 2017 19:12 (UTC +04:00)

“Avropa Şurası Parlament Assambleyasında üçüncü tərəflərin, o cümlədən Ermənistan və erməni lobbisinin təsiri və manipulyasiyası əsasında açıq anti-Azərbaycan siyasəti yürüdən bəlli qruplar Azərbaycanı uğurlu inkişaf yolundan döndərmək kimi çirkin niyyətlərinə heç zaman nail ola bilməyəcəklər”.

APA-nın məlumatına görə, bu sözləri XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.

Onun sözlərinə görə, Azərbaycan suveren, demokratik və özünü təmin edən dövlət olaraq vətəndaşlarının mənafeyi və maraqları naminə müstəqil daxili və xarici siyasətini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR