Lənkəranda 4 otaqlı ev yanıb

Lənkəranda 4 otaqlı ev yanıb
# 12 oktyabr 2017 21:06 (UTC +04:00)

Lənkəranda yaşayış evi yanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1973-cü il təvəllüdlü Ənvər Əmən oğlu Xosrovova məxsus yaşayış evində yanğın baş verib. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Dövlət Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Ümumi sahəsi 120 m2 olan dördotaqlı birmərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları tamamilə yanıb. Yanğın başlayan zaman evdə ailə üzvlərindən heç kim olmadığından hadisədən gec xəbər tutulub. Yanğının baş vermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR