Füzuli rayonunda 125 mm-lik tank mərmisi aşkarlanıb

Füzuli rayonunda 125 mm-lik tank mərmisi aşkarlanıb
# 13 oktyabr 2017 02:07 (UTC +04:00)

Füzuli rayonunda tank mərmisi aşkarlanıb. APA-nın Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən verdiyi xəbərə görə, oktyabrın 12-də DİN-nin “102” xidməti-zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Kürdmahmudlu kəndi ərazisində 1 ədəd mərminin olması barədə məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik tank mərmisi aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR