Göyçayda 53 yaşlı qadını avtomobil vuraraq öldürüb

Göyçayda 53 yaşlı qadını avtomobil vuraraq öldürüb
# 13 oktyabr 2017 07:30 (UTC +04:00)

Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay şəhərinin Natəvan küçəsində 1964-cü il təvəllüdlü Mirzəyeva Tükəz Rəhimxan qızı yolu keçmək istəyərkən “Opel” markalı minik avtomobili onu vurub. Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR