Bakıda iki əsas yolda sürət həddi azaldılıb - YENİLƏNİB

Bakıda iki əsas yolda sürət həddi azaldılıb - <span style="color: red;">YENİLƏNİB
# 13 oktyabr 2017 07:40 (UTC +04:00)

Yağış səbəbindən paytaxtın əsas magistral yolları Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı yollarında endirilən sürət hədləri artıq bərpa edilib.

Bu barədə “APA-Economics”ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

***

saat 09:40

Faktiki hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxtın əsas magistral yolları Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə “APA-Economics”ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

“Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olan zaman hava şəraitini nəzərə almaqla sürət həddinə əməl etsinlər”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR